Donald Trampdan sensasion çağırış: “Venesuelanı ABŞ-ın 51-ci ştatı edək”
ABŞ Prezidenti Donald Tramp Latın Amerikası regionu və Venesuelanın gələcəyi ilə bağlı beynəlxalq gündəmi sarsıdan bəyanatla çıxış edib.
“Realist.az”ın məlumatına görə, Birləşmiş Ştatların rəhbəri Venesuelanın ABŞ-ın tərkibinə daxil edilməsini və ölkədə dövlət idarəçiliyi modelinin köklü şəkildə dəyişdirilməsini təklif edib.
“Prezident deyil, qubernator seçkisi keçirək”
Donald Tramp Venesuelanın ABŞ-a inteqrasiyası ssenarisini şərh edərkən aşağıdakı fikirləri səsləndirib:
“Kim bilir, bəlkə də o, tezliklə Birləşmiş Ştatların çiçəklənən 51-ci ştatına çevriləcək. Bu tamamilə mümkündür… Gəlin onu 51-ci ştat edək… Və orada prezident seçkiləri deyil, qubernator seçkiləri təşkil edək.”
Trampın bu bəyanatı beynəlxalq diplomatik korpusda və media məkanında kəskin reaksiya və geniş müzakirələrə səbəb olub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
