ABŞ kəşfiyyatından sirli addım: Çinin məxfi “Şənlun” kosmik təyyarəsinin görüntüsü yayımlandı

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (DIA) Çinin illərdir gizli saxladığı məxfi “Şənlun” (Shenlong) kosmik təyyarəsinin indiyə qədər mövcud olan ən ətraflı və aydın foto-görüntüsünü paylaşıb.

“Realist.az”ın məlumatına görə, yayılan şəkildə aparatın əsas konstruksiya elementləri, xüsusilə də onun yaxın kosmosda uzun müddət aktiv qalmasına imkan verən qatlanıb-açılan günəş panelləri aydın şəkildə nəzərə çarpır.

20 illik sirr: Dördüncü dəfə kosmosdadır

Pekinin bu kosmik layihəsinin mövcudluğunu rəsmi olaraq elan etməsindən təxminən 20 il ötüşünə baxmayaraq, layihənin texniki parametrləri hələ də ciddi şəkildə məxfi saxlanılır. Əldə edilən məlumatlara görə, sirli aparat cari ilin fevral ayının 7-də Çinin Cütsyuan kosmodromundan orbitə buraxılıb və hazırda özünün dördüncü uğurlu kosmik uçuşunu həyata keçirir.

ABŞ peykləri üçün təhlükə yaradır?

Amerika kəşfiyyat dairələrinin qiymətləndirmələrinə əsasən, “Şənlun” sadəcə kosmosda manevrlər etmək imkanına malik deyil. Aparat həm də orbitdə yerləşən digər kosmik obyektlərlə, o cümlədən ABŞ-ın hərbi və kəşfiyyat peykləri ilə yaxınlaşmaq və qarşılıqlı əlaqədə olmaq potensialına malikdir. Hərbi ekspertlər bu cür aparatların gələcəkdə peyk əleyhinə əməliyyatlarda istifadə oluna biləcəyindən ehtiyat edirlər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın