“AzInTelecom” 86 mindən çox kopyalanmış IMEI kodu bloklayıb
“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini intensiv şəkildə davam etdirir.
Realist.az xəbər verir ki, görülən operativ tədbirlər çərçivəsində bu günədək 86 813 IMEI kodunun kopyalandığı müəyyən olunub.
Həmin IMEI kodların hər biri “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi (MCQS) tərəfindən bloklanıb və bu kodlarla Azərbaycanın mobil rabitə şəbəkəsinə qoşulma cəhdlərinin qarşısı tamamilə alınıb.
Məcburi qeydiyyat qaydaları və tövsiyələr
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən ölkəyə gətirilən mobil telefonların yerli telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.
“AzInTelecom” MMC vətəndaşlara aldanmamaq və problemlərlə üzləşməmək üçün aşağıdakı addımları atmağı tövsiyə edir:
-
Mobil telefon almazdan əvvəl qutunun üzərindəki IMEI kodu mygov portalı vasitəsilə yoxlamaq;
-
Cihazları yalnız rəsmi və etibarlı satış məntəqələrindən əldə etmək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
