Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 13-cü iclasında iştirak etmək üçün Türkiyə Respublikasında səfərdədir.
Realist.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial media hesabında məlumat paylaşılıb.
Qeyd olunub ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən səmimiyyətlə qarşılanıb. Səfər çərçivəsində TDT çətiri altında regional əməkdaşlığın genişləndirilməsi və gündəlikdə duran aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
