Türkiyə Milliyyətçi Hərəkət Partiyasının (MHP) lideri Dövlət Baxçalı Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin dərinliyi və tarixi əhəmiyyəti barədə mühüm bəyanatla çıxış edib.

Realist.az xəbər verir ki, MHP lideri iki ölkə arasındakı sarsılmaz tellərə diqqət çəkib.

“Azərbaycan və Türkiyə arasındakı qardaşlıq o qədər dərin köklərə sahibdir ki, onu cari hadisələrin çərçivəsinə sığışdırmaq mümkün deyil. Bu qardaşlıq siyasi və diplomatik məsələlərin sərhədlərini aşan, tarixi xarakter daşıyan bir bağdır. Bizim qardaşlığımız iki xalqın iradəsi ilə möhkəmlənib, birgə mübarizələrlə möhürlənib və nəsildən-nəslə ötürülərək qorunur”, – deyə Dövlət Baxçalı bildirib.

“Fikir ayrılıqlarının dərinləşməsinə yol vermək olmaz”

MHP lideri, həmçinin vurğulayıb ki, müəyyən anlaşılmazlıqların böyüdülməsinə və mübahisələrin daimi çatlara/ayrılıqlara çevrilməsinə qətiyyən yol vermək olmaz. İki qardaş dövlət arasındakı birliyin hər cür gündəlik siyasi ixtilaflardan üstün olduğu qeyd olunub.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın