İsrail Prezidenti İshaq Hersoqun Baş nazir Binyamin Netanyahuya hökumətə daha iki il rəhbərlik etdikdən sonra siyasətdən getməsi müqabilində korrupsiya təhqiqatı üzrə tam əfv olunmasını nəzərdə tutan sövdələşmə təklif etdiyi iddia olunur.

Realist.az xəbər verir ki, bu barədə İsrailin 14-cü kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Prezident Hersoq təxminən iki ildir ki, bu ssenarinin gerçəkləşməsinə təkid edir. Qeyd olunur ki, seçkilərdən sonra mövcud mandat bölgüsü dəyişməz qalacağı təqdirdə, bu təşəbbüs yeni hökumətin formalaşdırılması variantlarından birinə çevrilə bilər.

Prezident dəftərxanası məlumatı təkzib etdi

Bununla belə, İsrail Prezidentinin Dəftərxanası sözügedən təkliflə bağlı yayılan məlumatları qətiyyətlə təkzib edib. Prezident Aparatı xəbəri uydurma (feyk) adlandıraraq hökumətin formalaşdırılması proseduru ilə bağlı spekulyasiyalarla məşğul olmadıqlarını bəyan edib.

Bildirilir ki, seçkilərin rəsmi nəticələri gələn həftə prezidentə təqdim olunacaq. Bunun əsasında dövlət başçısı parlament fraksiyaları ilə məsləhətləşmələr aparacaq və səlahiyyətləri çərçivəsində müvafiq qərar qəbul edəcək.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın