Təyyarə, qatar və avtobusa tək bilet: Özbəkistanda vahid platforma istifadəyə verilir
Özbəkistanda 2028-ci ildən təyyarə, qatar və avtobus biletlərinin satışını bir araya gətirən “Bir yol” (“Bir yo’l”) rəqəmsal platformasının tətbiqi planlaşdırılır. Sərnişinlər keçiçi marşrutları planlaşdıra, hərəkət cədvəlini və gediş haqqını yoxlaya, eləcə də biletləri vahid sistem üzərindən rəsmiləşdirib ödəyə biləcəklər. İlk pilot marşrutun 2027-ci il iyulun 1-də istifadəyə verilməsi nəzərdə tutulur. Bu marşrut Daşkənd Beynəlxalq Hava Limanını, Ürgənc Hava Limanını və Xivə dəmir yolu vağzalını birləşdirəcək. Sərnişinlər vahid platforma vasitəsilə səfəri rəsmiləşdirərək Ürgəncə uçuşu Xivəyə qatar səfəri ilə uyğunlaşdıra biləcəklər.
“Realist.az” xəbər verir ki, layihə Özbəkistanda turizm və nəqliyyat infrastrukturunun inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
