Dünyanın ən böyük kriptovalyuta birjası “Binance” haker hücumu şübhələri səbəbindən vəsaitlərin artırılması və çıxarılması üzrə bütün əməliyyatların dayandırıldığını bəyan edib. İstintaqın ilkin məlumatlarına görə, insidentə “DevOps” mühəndisinin təhlükəsizliyi pozulmuş noutbuku səbəb ola bilər; təcavüzkarlar onun vasitəsilə xidmət konteynerinə daxil olaraq icazəsiz əməliyyatlar aparıblar. Bununla belə, şirkət cüzdanların şəxsi açarlarının (private keys) sızması əlamətlərinin aşkar edilmədiyini bildirib.
Ehtimallara görə dəymiş ziyan 6,3 milyard dollar dəyərində qiymətləndirilir. Hazırda tərəfdaşlarla birlikdə təxminən 3 milyard dollar dəyərində rəqəmsal aktivi dondurmaq mümkün olub. “Binance” zərəri SAFU fondu və şirkətin öz vəsaitləri hesabına tam ödəyəcəyini bəyan edərək, istifadəçilərin vəsaitlərinin təhlükəsizlikdə olduğunu və tam həcmdə kompensasiya ediləcəyini vurğulayıb.
“Realist.az” xəbər verir ki, insidentlə bağlı tədqiqatlar davam edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
