Polşa Konstitusiya Tribunalı dövlət çevrilişi əlamətlərinin olduğunu bəyan etdi
Polşada hakimiyyət böhranı pik həddə çatıb. Baş nazir Donald Tuskun polisini Konstitusiya Tribunalının binasına yerləşdirməsi və girişləri bağlaması ölkədə gərginliyi artırıb. Müxalifət və Tribunal baş verənləri dövlət çevrilişi cəhdi kimi qiymətləndirir.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Polşanın baş naziri Donald Tusk polisin Varşavadakı Konstitusiya Tribunalının binasına yerləşdirilməsini və ora aparan yolların bağlanmasını əmr edib. Hadisə baş verən zaman ölkə prezidenti Karol Navrotski Senegalda rəsmi səfərdə idi. Lakin o, səfərini yarıda kəsərək təyyarəsinin geri dönməsini əmr edib. Bildirilir ki, Tribunalın mühafizə xidməti kənarlaşdırılıb, qurumun sədr müavininin binaya daxil olmasına maneə törədilib. Bir sıra Polşa siyasətçisi baş verənləri dövlət çevrilişi cəhdi kimi dəyərləndirib.
Baş nazir Donald Tusk özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edərək, “Polşada hüququn alviliyinin bərpası üçün” qətiyyətli addımların zəruri olduğunu bildirib. O qeyd edib ki, hüquqi dövlətin bərpası hökumətin birbaşa borcudur.
Öz növbəsində, Polşa Konstitusiya Tribunalı ölkədə dövlət çevrilişinin baş verdiyini bəyan edib.
Böhranın kökləri nədən ibarətdir?
Münaqişənin əsasında indiki hakimiyyət ilə müxalifətdə olan “PiS” (Hərəkət və Ədalət) partiyası arasında məhkəmə sistemi üzərində nəzarət uğrunda illərdir davam edən qarşıdurma dayanır. Donald Tusk hakimiyyətə gəldikdən sonra Konstitusiya Tribunalının tərkibini dəyişməyə çalışıb. Çünki o, əvvəlki hakimiyyətin bu qurumu “siyasi cəhətdən asılı bir orqana” çevirdiyinə inanır.
- Parlament yeni hakimlər seçib, lakin prezident Navrotski onların bəzilərinin andiçmə mərasimini qəbul etməkdən imtina edib. Öz növbəsində, Tribunalın əvvəlki rəhbərliyinin nümayəndələri yeni hakimlərin səlahiyyətlərini tanımırlar. Beləliklə, hakimlərin təyinatı ətrafında yaranan mübahisə hökumət, prezident və müxalifət arasında açıq qarşıdurmaya çevrilib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
