Hamburq Universitetində miqyaslı polis əməliyyatı keçirilir. Maskalı 50-yə yaxın fəal İqtisadiyyat və Sosial Elmlər Fakültəsinin binasına girişləri bağlayıb.

Realist.az xəbər verir ki, aksiya iştirakçıları anti-polis və radikal şüarlar səsləndirir, həmçinin Fələstin bayraqları qaldırırlar.

Tədris korpusunun girişləri tikinti çəpərləri və zibil konteynerləri ilə barrikada edilib.

Xüsusi təyinatlılar əraziyə cəlb olunub

Məlumata görə, aksiyanın keçirildiyi ərazi hazırda xüsusi təyinatlı polis bölmələrinin əməkdaşları tərəfindən mühasirəyə alınıb:

  • Çoxsaylı polis texnikası: Universitet ərazisində 20-yə yaxın patrul avtomobili var.

  • Xüsusi dəstələr: Hadisə yerinə hüquqpozmaların qeydə alınması və saxlanılma üzrə xüsusi polis bölmələri də gəlib.

  • Müqavimət faktı: İğtişaş iştirakçılarından bəziləri hüquq-mühafizə organı əməkdaşlarına müqavimət göstərib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın