KİV: ABŞ və İran nüvə proqramı və aktivlərin dondurulmasının açılması üzrə kompromisə əldə ediblər

ABŞ Qətər vasitəçilərinin ötən gün İran tərəfinə təqdim etdiyi münasibətlərin tənzimlənməsinə dair qarşılıqlı anlaşma meyorandumu layihəsi ilə razılaşıb.

Realist.az-ın məlumatına görə, bu barədə diplomatik dairələrə yaxın mənbələrə istinadən “Al Araby Al Jadeed” nəşri xəbər verib. Mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı və BƏƏ də sənədin məzmunu barədə rəsmi şəkildə məlumatlandırılıb və təklif olunan təşəbbüslərlə razılaşdıqlarını bildiriblər.

Qeyd olunur ki, məsləhətləşmələr zamanı Vaşinqton və Tehran əsas mübahisəli məsələlər, o cümlədən İranın nüvə proqramının gələcək taleyi və İslam Respublikasının dondurulmuş maliyyə aktivlərinin blokdan çıxarılması mexanizmləri üzrə kompromis qərarlar əldə edə biləblər.

Eyni zamanda, İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Rezai bəyan edib ki, İran Hürmüz boğazını yalnız ABŞ tərəfindən Tehranın bütün yeddi şərtinin “tam və aydın” yerinə yetirildiyi təqdirdə açacaq. Onun sözlərinə görə, əvvəllər Vaşinqtondan alınan cavab “inandırıcı olmayıb”.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın