Fransa iğtişaşları fonunda Rusiya, ABŞ və İsrail şəbəkələrindən geniş dezinformasiya kampaniyası – Reuters
Fransada oktyabr ayında baş verən kütləvi iğtişaşlar zamanı “Overload Əməliyyatı” adlı Rusiya dezinformasiya şəbəkəsi vəziyyətdən istifadə edərək baş verənlərdə nəzarətsiz miqrasiyanı günahlandırmağa və Fransa hakimiyyətini aciz göstərməyə çalışıb.
Realist.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa İttifaqının (Aİ) daxili qiymətləndirmə sənədinə istinadən məlumat yayıb.
Kampaniya çərçivəsində Qərb mediasının vizual və mətn üslubunu təqlid edən saxta videoroliklər və xəbərlər tirajlanıb. Bu məzmunların əsas hədəfi anti-immiqrant əhval-ruhiyyəsini qızışdırmaq, cəmiyyətdəki parçalanmanı dərinləşdirmək və Fransa hökumətini nüfuzdan salmaq olub.
MAGA və İsrail şəbəkələrinin baxış sayı Rusiyanı üstələyib
Fransa Xarici İşlər Nazirliyinin (XİN) hazırladığı ayrıca hesabatda oxşar informasiya hücumlarının İsrail və ABŞ-ın “MAGA” (Make America Great Again) hərəkatı ilə bağlantılı hesablar tərəfindən də həyata keçirildiyi üzə çıxıb.
Diqqətçəkən məqam odur ki, bu qrupların paylaşımları Rusiya şəbəkəsinin kontentindən dəfələrlə çox baxış toplayıb:
-
MAGA şəbəkəsi: Trampyönümlü hesabların yaydığı dezinformasiyalar 49 milyondan çox baxış toplayıb.
-
İsrail şəbəkəsi: İsraillə əlaqəli şəbəkələrin paylaşımları 35 milyondan çox izlənilib.
-
Təsir dairəsi: Fransa XİN-in hesabatı göstərir ki, daxili gərginlik dövründə xarici informasiya müdaxilələri müxtəlif coğrafi və siyasi mərkəzlərdən eyni vaxtda idarə olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
