9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə təntənəli yürüşlər təşkil edilib.
Realist.az xəbər verir ki, hərbi qulluqçuların iştirakı ilə saat 11:00-da başlayan yürüşlər 13:00-da uğurla başa çatıb.
Tədbir çərçivəsində Bakının əsas küçə və prospektlərində hərbi orkestrlər tərəfindən vətənpərvərlik marşları səsləndirilib.
Yürüşlərin keçirildiyi əsas marşrutlar
Hərbi qulluqçuların yürüşü paytaxtın aşağıdakı 5 əsas marşrutu üzrə həyata keçirilib:
-
Birinci marşrut: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz vağzalı.
-
İkinci marşrut: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrosu – İçərişəhər Qala Qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli.
-
Üçüncü marşrut: Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış Parkı – Heydər Əliyev Sarayı – Azərbaycan Respublikası Mərkəzi Bankı – “28 Mall” Ticarət mərkəzi.
-
Dördüncü marşrut: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti.
-
Beşinci marşrut: Q.Musabəyov parkı – Əbdürrəhim Bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı.
Qeyd edək ki, təntənəli hərbi yürüşlər yalnız Bakıda deyil, eyni zamanda Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərinin mərkəzi küçə və prospektlərində də geniş tərkibdə təşkil olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
