Kanadanın Monreal şəhərində minlərlə tələbə təhsil haqlarının, mənzil kirayələrinin və ərzaq qiymətlərinin artmasına qarşı kütləvi nümayiş keçirib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar kollec və universitetlərin maliyyələşdirilməsinin artırılmasını, eləcə də tələbələrə maliyyə yardımı sistemində köklü islahatların aparılmasını tələb edirlər.
Aksiya polislə toqquşmaya çevrildi
Dinc başlayan etiraz aksiyası qısa müddətdə polislə toqquşmalara çevrilib. Belə ki, nümayişçilər asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar, polis isə kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
İğtişaşlar zamanı 3 nəfərin saxlanıldığı bildirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


