2027-ci ilin dövlət büdcəsi Milli Məclisdə müzakirəyə çıxarıldı: Əsas rəqəmlər açıqlandı
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Realist.az xəbər verir ki, layihəyə əsasən gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
2027-ci il dövlət büdcəsinin əsas göstəriciləri:
-
Ümumi gəlirlər: 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər 38 milyard 518 milyon 425 min manat, yerli gəlirlər 735 milyon 575 min manat);
-
Ümumi xərclər: 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərclər 41 milyard 664 milyon 425 min manat, yerli xərclər 735 milyon 575 min manat);
-
Büdcə kəsiri: 3 milyard 146 milyon manat (illik müqayisədə 1,7 % çox).
İcmal büdcədə kəsir 28,7 % azalacaq
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı gözlənilir. Bu göstəricilər 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,1 % çoxdur.
Son nəticədə icmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir yaranacağı proqnozlaşdırılır ki, bu da illik müqayisədə 28,7 % azdır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


