“GTA VI” videooyununun satışa çıxarılmasına bir neçə saat qalmış “PlayStation Network” istifadəçiləri platformanın işində kütləvi nasazlıqlarla üzləşiblər.
“Realist.az” The Guardian-a istinadən xəbər verir ki, “GTA VI”nın təqdimatı ərəfəsində “PlayStation Network” istifadəçiləri kütləvi nasazlıqlarla üzləşiblər.
Bildirilib ki, “PlayStation” xidmətlərindəki problemlər noyabrın 18-də, “GTA VI”nın rəsmi təqdimatına bir neçə saat qalmış qeydə alınmağa başlayıb.
Ən çox şikayət Almaniyadan daxil olub. Burada 6,6 mindən çox istifadəçi nasazlıq barədə məlumat verib. Fransa və digər Avropa ölkələrində də minlərlə şikayət qeydə alınıb.
İstifadəçilər əsasən hesablarına daxil olmaq, serverlərə qoşulmaq, oyunları işə salmaq və onlayn xidmətlərdən istifadə zamanı problemlərlə üzləşdiklərini bildiriblər.
Qeyd edək ki, “GTA VI” noyabrın 19-da “PlayStation 5” və “Xbox Series X|S” konsolları üçün satışa çıxarılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


