Noyabrın 18-də polis əməkdaşları tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Realist.az-a verilən məlumata görə, tədbirlər zamanı 2 avtomat silahı, 1 tapança, 2 tüfəng, 1 patron darağı və 25 ədəd patron götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


