Ukrayna Silahlı Qüvvələri noyabrın 17-də gecə saatlarında Krım körpüsünə növbəti hücumu həyata keçirib. Hadisədən sonra körpüdə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.
Realist.az xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov məlumat yayıb.
O, sakinlərə və turistlərə körpüyə getməməyi tövsiyə edib.
Qeyd edək ki, körpü bir gün əvvəl də hücuma məruz qalıb. Həmin hadisədən sonra nəqliyyatın hərəkəti 16 saatdan çox müddətə məhdudlaşdırılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


