EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycan ilə Vyetnam arasında münasibətlərin inkişafı iqtisadiyyat, ticarət, investisiya, enerji və texnologiya sahələrində yeni əməkdaşlıq imkanları yaradır. Hər iki ölkənin regional mövqeyi və iqtisadi potensialı bu tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin formalaşdırır.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Realist.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfə verəcək.

Ekspertin sözlərinə görə, Vyetnam Cənub-Şərqi Asiyanın, Azərbaycan isə Cənubi Qafqazın inkişaf edən ölkələrindən biri kimi qarşılıqlı əməkdaşlıqda böyük imkanlara malikdir. Hər iki tərəf potensialını birləşdirməklə yeni bazarlara çıxış imkanlarını genişləndirə bilər.

O qeyd edib ki, Azərbaycan xüsusilə Cənub-Şərqi Asiya bazarında iqtisadi və investisiya əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Vyetnamla əməkdaşlıq bu istiqamətdə yeni perspektivlər aça bilər.

Ə.Əlibəyli vurğulayıb ki, iki ölkə arasında münasibətlərin möhkəm təməli yalnız iqtisadi maraqlara söykənmir. Vyetnamın beynəlxalq təşkilatlarda Azərbaycana göstərdiyi dəstək də ikitərəfli əlaqələrin siyasi müstəvidə inkişafına müsbət təsir göstərir.

Ekspert əlavə edib ki, iqtisadiyyat, ticarət, texnologiya və enerji sahələri ilə yanaşı, sovet dövründən formalaşmış təhsil əlaqələri də əməkdaşlığın mühüm istiqamətlərindəndir. Onun fikrincə, bu sahələrdə mövcud potensialın reallaşdırılması hər iki ölkə üçün yeni imkanlar yaradacaq.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın