İran cəmiyyətinin bir hissəsinin müəyyən dərəcədə belə bir addıma hazır olmasına baxmayaraq, Rusiya və Çin Tehrana böyük ehtiyatlılıq nümayiş etdirməyi və hələlik nüvə silahı yaratmaq barədə qərar qəbul etməməyi məsləhət görür.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İslam Respublikası parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Ərdəstani açıqlama verib.
Vaşinqtonun təzyiqi Tehranı nüvə müzakirələrinə sövq edir
Parlamentarinin sözlərinə görə, Vaşinqton tərəfindən göstərilən təzyiqlər Tehranı nüvə silahı hazırlamaq imkanını müzakirə etməyə sövq edir və ölkədəki ictimai rəy də əvvəlki yanaşmaya yenidən baxmağa müəyyən qədər hazırdır.
Nüvə silahı tərəfdarlarının əsas arqumenti nədir?
Deputat həmçinin qeyd edib ki, ölkə daxilində nüvə silahına sahib olmağın tərəfdarları belə bir silahın əldə edilməsinin İranın çəkindirmə potensialını gücləndirməyə imkan verəcəyi mövqeyindən çıxış edirlər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


