ABŞ-nin birinci xanımı Melaniya Tramp yeni teleserialında həyat yoldaşı, ABŞ Prezidenti Donald Trampın “hər məsələdə onunla razılaşan” həddindən artıq çox insanın əhatəsində olduğunu bəyan edib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, Melaniya Tramp ətrafındakı bir çox şəxsin yalnız Prezidentin fikirlərini dəstəklədiyi bir vaxtda, özünün həyat yoldaşına “həqiqəti” deməyə çalışdığını vurğulayıb.
“Bunun sağlam bir hal olmadığını düşünürəm”
ABŞ-nin birinci xanımı D.Trampın yaxın ətrafındakı bu mühitlə bağlı narahatlığını belə ifadə edib:
“Bəzən hiss edirəm ki, onun ətrafında hər zaman onunla razılaşan həddindən artıq çox insan var və bu, sağlam vəziyyət deyil.”
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin



