EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Bakıda avtomobil almaq məqsədilə bankdan kredit götürən şəxsin 4 min manatı oğurlanıb.

DİN-dən Realist.az-a verilən məlumata görə, hadisə Binəqədi rayonunda baş verib. Zərərçəkən avtomobil almaq üçün bankdan 4 min manat kredit götürərək pulu yaşadığı evdə saxlayıb. Mənzildə olmadığı vaxt isə həmin vəsait oğurlanıb.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxsin zərərçəkənin köhnə tanışı N. Qədirli olduğu müəyyən edilib. O, saxlanılıb. Məlum olub ki, şübhəli şəxs əvvəllər də oğurluq cinayətinə görə məhkum edilib.

Faktla bağlı araşdırma aparılır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın