Noyabrın 23-ü Kiyev vilayətində matəm günü elan edilib
Rusiyanın bugünkü hücumu nəticəsində insanların həlak olması ilə əlaqədar noyabrın 23-ü Kiyev vilayətində matəm günü elan olunub.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyasının rəhbəri Tkaçenko məlumat verib.
Qərara əsasən, regionda dövlət bayraqları endiriləcək və əyləncəli tədbirlərin keçirilməsi məhdudlaşdırılacaq.
Axtarış-xilasetmə əməliyyatları hava həyəcanı səbəbindən dayandırılır
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (FHN) son məlumatına görə, hücum nəticəsində həlak olanların sayı 3 nəfərə çatıb.
Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Lakin Rusiyanın təkrar zərbə endirmək təhlükəsinin daimi olması və mütəmadi səslənən hava həyəcanı siqnalları işlərin aparılmasını çətinləşdirir və xilasedicilər fəaliyyətlərini müvəqqəti dayandırmaq məcburiyyətində qalırlar.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


