Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun bazarda satıcılarla söhbəti sosial şəbəkələrdə diqqət çəkib.
Realist.az xəbər verir ki, icra başçısı Ağstafa rayonunda fəaliyyət göstərən bazara baş çəkərək satıcılarla tək-tək görüşüb.
Görüş zamanı o, satılan məhsulların qiymətləri, ticarətin vəziyyəti və satıcıların gündəlik fəaliyyəti ilə maraqlanıb.
Satıcılardan birinə müraciət edərkən onun aldığı məhsulun halallığını da istəyib.