EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Türkiyədə ev sahibi kirayəyə verdiyi mənzilə baş çəkərkən gözləmədiyi mənzərə ilə qarşılaşıb.

Belə ki, kirayəçinin mənzilin demək olar ki, bütün divarlarını boş yer qoymadan yazılarla doldurduğu məlum olub. Ev sahibi qarşılaşdığı mənzərənin görüntülərini videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb. Video qısa zamanda maraq doğurub və izləyicilərin diqqətini çəkib.

Realist.az bildirir ki, İstanbulun Böyükçekmece rayonunda baş verən hadisədə kirayəçinin evin yalnız divarlarını deyil, tavanı, qapı-pəncərələri, mətbəx dolabları və kombinin üzərini də yazılarla doldurduğu üzə çıxıb.

Məlumata görə, təxminən iki il həmin mənzildə yaşayan kirayəçi 9 ay ərzində kirayə haqqını ödəmədiyi üçün məhkəmə qərarı ilə evdən çıxarılıb. Mənzilə baxış keçirən ev sahibi və vəkili qarşılaşdıqları mənzərədən təəccübləniblər.

Ev sahibinin vəkili bildirib ki, mənzilin demək olar ki, bütün səthlərinə silinməyən qələmlə sevgi şeirləri və ayrılıq sözləri yazılıb. Hadisə ilə bağlı çəkilən görüntülər sosial şəbəkələrdə geniş yayılıb.

Mənzilə vurulan ziyana görə ev sahibi keçmiş kirayəçi barəsində hüquqi proses başladıb. Bundan əlavə, ödənilməyən 9 aylıq kirayə haqqının da tələb edildiyi bildirilir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın