Rusiyanın Vişnyovoyedə supermarketə hücumu: Ölən və yaralananlar var
Rusiyanın Kiyev vilayətinin Vişnyovoye şəhərində yerləşən supermarketə endirdiyi zərbə nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.
Realist.az Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinə (FHN) istinadən xəbər verir ki, zərbədən sonra məhsul rəflərində baş vermiş yanğın artıq tam söndürülüb.
Dımerdə dağıntılar altından uşaq sağ çıxarılıb
Bundan əlavə, Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Tkaçenko xilasedicilərin Dımer qəsəbəsində zərbəyə məruz qalmış beşmərtəbəli yaşayış binasının dağıntıları altından bir uşağı sağ-salamat çıxardıqlarını bildirib.

© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


