EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Rusiyaya qarşı nəzərdə tutulan 22-ci sanksiyalar paketinin layihəsini rəsmən təqdim edib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni məhdudiyyətlər paketi sanksiyalardan yayınmaq üçün istifadə olunan maliyyə kanallarına, rusiyalı idmançılara, kriptovalyuta sxemlərinə, “kölgə donanması”na və Ukraynaya qarşı müharibənin iştirakçılarına qarşı yönəlib.

Yeni sanksiyalar paketinə daxil olan əsas tədbirlər:

  • SWIFT və maliyyə sektoru: Təxminən 60 Rusiya bankının beynəlxalq SWIFT sistemindən çıxarılması, eləcə də sanksiyalardan yayınmanı təmin edən üçüncü ölkələr də daxil olmaqla kriptovalyuta və ödəniş şəbəkələrinə qarşı yeni məhdudiyyətlərin tətbiqi;

  • Energetika infrastrukturu: Avropa şirkətlərinə Rusiyanın enerji infrastrukturunun, xüsusilə də neft emalı zavodlarının (NEZ) tikintisində, istismarında və ya təmirində iştirak etməyin qadağan olunması;

  • “Kölgə donanması”: Rusiyanın “kölgə donanması”na aid 70-dən çox gəminin məhdudiyyət siyahısına salınması;

  • Viza və səfər qadağası: Ukraynaya qarşı müharibədə iştirak edən Rusiya Federasiyası vətəndaşlarının Avropa İttifaqı (Aİ) ərazisinə girişinə qadağa qoyulması;

  • İdman və rəsmi simvolika: Aİ hüdudlarında təşkil olunan idman yarışlarında komandaların və idmançıların Rusiya bayrağı altında iştirakının, həmçinin bu tədbirlər zamanı Rusiyanın rəsmi simvolikasının nümayiş etdirilməsinin qadağan edilməsi.

Sanksiyalar ilin sonunadək qəbul edilə bilər

U.fon der Lyayen vurğulayıb ki, Rusiya “Ukraynada davamlı sülhə nail olmaq üçün real hazırlıq nümayiş etdirməyənə” qədər Aİ yeni sanksiyalar tətbiq etməyə davam edəcək.

Avropa İttifaqının bütün üzv dövlətləri tərəfindən təsdiqlənməli olan bu təkliflərin ilin sonunadək qəbul ediləcəyi gözlənilir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın