EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Azərbaycanda orta aylıq pensiya məbləğinin ən yüksək olduğu rayon Zəngilandır. Bu rayonda pensiyaların orta aylıq məbləği 502,20 manat təşkil edir.

Realist.az Dövlət Statistika Komitəsinin 2026-cı il oktyabrın 1-nə olan pensiya təminatı üzrə statistik göstəricilərinə istinadən xəbər verir ki, siyahıda ikinci yerdə 491,95 manatla Şuşa, üçüncü yerdə isə 489,91 manatla Siyəzən rayonu qərarlaşıb.

Orta aylıq pensiya məbləğinə görə ilk beşlikdə yer alan rayonlar və pensiyaçıların sayı belədir:

  • Zəngilan – 502,20 manat (3 889 pensiyaçı);

  • Şuşa – 491,95 manat (3 136 pensiyaçı);

  • Siyəzən – 489,91 manat (3 713 pensiyaçı);

  • Abşeron – 485,75 manat (17 767 pensiyaçı);

  • Qubadlı – 478,62 manat (4 714 pensiyaçı).

İlk beşlikdən sonra 470,06 manatla Salyan rayonu gəlir. Bu rayonda 12 656 nəfər pensiyaçı var.

Qeyd edək ki, 2026-cı il oktyabrın 1-nə ölkə üzrə pensiyaçıların sayı 1 milyon 94 min 186 nəfər, təyin olunmuş pensiyaların orta aylıq məbləği isə 595,80 manat olub. Bakı şəhərində orta aylıq pensiya məbləği 820,88 manat təşkil edib.

Siyahı yalnız rayonlar üzrə tərtib olunub, şəhərlərin göstəriciləri reytinqə daxil edilməyib.

 

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın