EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

FIFA 2031 və 2035-ci illərdə qadınlar arasında keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adlarını rəsmən elan edib.

Realist.az xəbər verir ki, bununla bağlı qərar ali futbol qurumunun onlayn formatda təşkil olunan növbədənkənar Konqresində qəbul olunub.

Ev sahibi ölkələr hansılardır?

Konqresin qərarına əsasən, hər iki turnirin keçirilməsi üçün FIFA-ya yalnız bir birgə namizədlik müraciəti daxil olub və təsdiqlənib:

  • 2031-ci il dünya çempionatı: Oyunlara ABŞ, Meksika, Kosta-Rika və Yamayka ev sahibliyi edəcək;

  • 2035-ci il dünya çempionatı: Mundial Şotlandiya, İngiltərə, Şimali İrlandiya və Uelsdə təşkil olunacaq.

İştirakçı komandaların sayı 48-ə çatdırılır

Qeyd edək ki, qadınlar arasında növbəti dünya çempionatı 2027-ci il iyunun 24-dən iyulun 25-dək Braziliyada baş tutacaq və həmin turnirdə 32 milli komanda mübarizə aparacaq.

2031 və 2035-ci illərdə keçiriləcək mundiallar isə tarixdə ilk dəfə olaraq 48 komandanın iştirakı ilə təşkil ediləcək.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın