Gəncədə Abbas Səhhət adına xəstəxananın rəhbəri İlqar Əliyev vəzifəsindən azad edilib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb və o artıq vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, bir müddət əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri tərəfindən Gəncədə bir sıra xəstəxana və poliklinikalarda yoxlamalar aparılıb.
Xatırladaq ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edən İlqar Əliyev ixtisasca ümumi cərrahdır və o xəstəxanaya direktor təyin edilənə qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində işləyib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


