EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İŞİD əsirliyindən xilas olan yezidi qadından şok iddia: “Suriya prezidentini əsir saxlandığım evdə görmüşəm”

​Dünya | 25 noyabr, 2026

​Realist.az-ı Google seçilmiş mənbələrinə əlavə edin — Dünyada baş verən ən son hadisələrdən dərhal xəbərdar olun!

​İŞİD terror qruplaşmasının əsirliyindən sağ çıxan yezidi qadın İxlas Xıdır hazırkı Suriya prezidenti Əhməd əş-Şaraanı İraqda kölə kimi saxlandığı evdə şəxsən gördüyünü bəyan edib.

​Realist.az “Euronews”a istinadən xəbər verir ki, o, bu barədə 16-18 noyabr tarixlərində Berlində yezidi soyqırımının araşdırılması üzrə xüsusi komissiyanın dinləmələrində danışıb.

​”Məni ona çay süzməyə məcbur etdilər”

​İxlas Xıdırın sözlərinə görə, əş-Şaraa həmin evə gəldiyi zaman silahlılar onu Suriya liderinə çay təqdim etməyə məcbur ediblər. Qadın iddia edir ki, əş-Şaraa onun yezidi olduğunu və zorla əsirlikdə saxlandığını dəqiq bilirdi.

​Sözlərinə tam əmin olduğunu vurğulayan İ.Xıdır bu ifadəsini istənilən beynəlxalq məhkəmə prosesində təkrarlamağa hazır olduğunu bildirib. Suriya hakimiyyəti isə səsləndirilən bu ağır ittihamlara hələlik heç bir rəsmi münasibət bildirməyib.

​2014-cü il Sincar faciəsi və əsirlik illəri

​Xatırladaq ki, 2014-cü ildə İŞİD silahlıları İraqın şimalındakı Sincar bölgəsini ələ keçirərkən o vaxt 14 yaşı olan İxlası ailəsi ilə birlikdə qaçırmışdılar. Əsirlikdə olduğu müddətdə ağır işgəncələrə və cinsi zorakılığa məruz qalan qadın sonradan qaçmağa müvəffəq olub və Almaniyaya köçüb.

​Bu son ifadələr Əhməd əş-Şaraanın keçmişini və onun yezidilərə qarşı törədilmiş cinayətlərdə mümkün məsuliyyəti məsələsini yenidən beynəlxalq gündəmə gətirib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın