EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov işdən çıxarılıb.

Realist az Teleqraf-a istinadla xəbər verir ki, Murad Süleymanov səhiyyə naziri Anar Bayramovun əmri ilə işdən azad olunub.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi ölkədə dərman vasitələrinin qeydiyyatı, idxalına icazələrin verilməsi, aptek şəbəkəsində dərman dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, eləcə də özəl tibb və əczaçılıq müəssisələrinin fəaliyyətinə nəzarət kimi mühüm funksiyaları həyata keçirən qurumdur.

Xatırladaq ki, Murad Süleymanov əvvəllər Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində rəis müavini vəzifəsində çalışıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın