EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Pentaqon İranın ABŞ hərbi obyektlərinə endirdiyi zərbələr fonunda Amerika qoşunlarının Fars körfəzi ölkələrindən İsrail və İordaniyaya köçürülməsi imkanlarını nəzərdən keçirir.

Realist.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, ilk növbədə söhbət münaqişə başlayana qədər ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci donanmasının ön qərargahının yerləşdiyi və 8 mindən çox hərbçinin xidmət etdiyi Bəhreyndəki bazadan gedir.

Bəhreyn bazasına dəyən zərər 400 milyon dolları ötə bilər

Məlumata görə, İranın hücumlarından sonra baza demək olar ki, boşalıb:

  • ABŞ hərbçiləri yeni zərbə təhlükəsi altında qalmaq istəmirlər, lakin obyektin gələcəyi ilə bağlı hələlik konkret qərar qəbul edilməyib;

  • ABŞ Konqresinin Tədqiqat Xidmətinin qiymətləndirmələrinə görə, bazanın infrastrukturuna dəyən ziyan 400 milyon dolları ötə bilər;

  • Pentaqonda bazanın əvvəlki fəaliyyət səviyyəsinə qədər bərpa olunub-olunmayacağına da əmin deyillər.

Yaxın Şərqdə yeni hərbi balans və Bəhreyndə narazılıq

Eyni zamanda, İsrail və İordaniyada ABŞ qüvvələrinin iri qruplaşması, o cümlədən Amerikanın Yaxın Şərqdəki döyüş aviasiyasının, hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemlərinin əhəmiyyətli hissəsi artıq yerləşdirilib. Qoşunların mümkün yerdəyişməsi Vaşinqtonun regiondakı hərbi mövcudluğunda ciddi dəyişikliyə çevriləcək.

Qeyd olunur ki, hücumlar fonunda Bəhreyn sakinlərinin bir qismi də ölkəni İran üçün hədəfə çevirdiyini əsas gətirərək ABŞ-nin hərbi mövcudluğuna qarşı çıxış edir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın