EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İspaniya sahillərində 105 miqrantın olduğu qayıq aşkarlandı: 15 nəfər ölüb

​Realist.az “El País” qəzetinə istinadla xəbər verir ki, İspaniyanın Dəniz Xilasetmə Xidməti El-Yerro adasındakı La-Restinqa limanından 62 kilometr cənubda 105 miqrantın olduğu qayığı aşkarlayıb.

​Cümə axşamından cüməyə keçən gecə yelkənli gəmidən daxil olan siqnal əsasında başladılan xilasetmə əməliyyatı zamanı sərnişinlərdən 15-nin səfər zamanı həlak olduğu müəyyən edilib.

​Xilasetmə əməliyyatına İspaniyanın Dəniz Xilasetmə Xidmətinin və Mülki Qvardiyasının gəmiləri, eləcə də helikopter cəlb olunub. Vəziyyəti ağır olan 6 nəfər helikopterlə El-Yerro adasındakı xəstəxanaya təxliyə edilib, sağ qalan digər 84 nəfər isə Dəniz Xilasetmə Xidmətinin gəmisi ilə La-Restinqa limanına çatdırılıb. Daha sonra Mülki Qvardiyanın patrul gəmisi miqrant qayığını yedəyə alaraq limana gətirib.

​Məlumata görə, qayıq 10 gün əvvəl Qambiyanın paytaxtı Bancul şəhərindən yola çıxıb. İlkin araşdırmalara əsasən, qayığın mühərriki aşkarlanmamışdan üç gün öncə sıradan çıxıb və nəqliyyat vasitəsi açıq dənizdə köməksiz vəziyyətdə qalıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın