EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Realist.az xəbər verir ki, Türkiyənin Bolu vilayətinin Yedigöller bölgəsində əlaqə kəsilmiş mikroavtobusda olan 10 qız uşağı və 3 əməkdaş tapılıb. Onların səhhətinin yaxşı olduğu bildirilir.

​Məlumata görə, nəqliyyat vasitəsinin bataqlığa düşməsi və ərazidə rabitənin olmaması səbəbindən onlarla əlaqə yaradıla bilməyib.

​Axtarış-xilasetmə əməliyyatına jandarma, AFAD, səhiyyə və UMKE qrupları, həmçinin Düzce və Kocaelidən əlavə qüvvələr cəlb olunub. Ərazidə mobil şəbəkənin zəif olması və yolların buz bağlaması xilasetmə işlərini çətinləşdirib. Nəqliyyat və İnfrastruktur Nazirliyi rabitə dəstəyi üçün bölgəyə 11 mobil baza stansiyası göndərib, Avtomobil Yolları Baş İdarəsi isə yolların buzdan təmizlənməsi üçün əraziyə texnika və canlı qüvvə ayırıb.

​Axtarış işlərini yerində izləmək üçün Boluya gələn Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş açıqlama verərək qrupun tapıldığını elan edib. Nazir bildirib ki, 30 kilometrlik ərazidə qurudan və havadan aparılan genişmiqyaslı əməliyyatda ümumilikdə 178 əməkdaş iştirak edib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın