EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Realist.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Co Baydenin “Mənə söz ver, Amerika” adlı memuarı satışa çıxdığı ilk həftədə təxminən 21 min nüsxə tirajla satılıb. Kitab “The New York Times” nəşrinin qeyri-bədii ədəbiyyat üzrə bestseller siyahısına başçılıq etsə də, əldə olunan nəticələr əvvəlki ABŞ prezidentlərinin memuar göstəricilərindən xeyli zəif olub.

​Müqayisə üçün qeyd edək ki, Barak Obamanın “Vəd edilmiş torpaq” kitabı 2020-ci ildə işıq üzü gördükdən sonra ilk sutka ərzində 800 mindən çox nüsxə satılmış, həftənin sonuna isə bu rəqəm bir milyonu ötmüşdü. Bill Klintonun 2004-cü ildə nəşr olunan “Mənim həyatım” memuarı da ilk iki həftədə bir milyonluq satış həddini keçmişdi.

​Baydenin kitabı ədəbi tənqidçilər tərəfindən də soyuq qarşılanıb. Rəylərdə müəllifin öz prezidentlik dövrünə, eləcə də yaşı və səhhəti ilə bağlı narahatlıqlar fonunda 2024-cü il seçkilərindən imtina etməsinin səbəblərinə demək olar ki, toxunmadığı vurğulanıb. Satışların aşağı olmasına məhdud reklam kampaniyasının da təsir göstərdiyi bildirilir — hazırda 84 yaşlı Bayden xərçəng xəstəliyindən müalicə alır.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın