Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Rakuv” Polşa çempionatının XVI turunda növbəti oyununu keçirib.
Realist.az xəbər verir ki, Çestoxova təmsilçisi doğma meydanda “Pias”la qarşılaşıb.
Start heyətində meydana çıxan Mahir Emreli matçın 59-cu dəqiqəsində rəqib qapısına yol taparaq hesab arasındakı fərqi azaldıb.
Lakin bu qol komandasının məğlubiyyətinin qarşısını almağa kifayət etməyib. Görüş “Pias”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


