EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İsrail ordusunun Qəzza zolağında tibb müəssisəsinin yaxınlığına endirdiyi zərbə nəticəsində “Sərhədsiz Həkimlər” təşkilatının iki əməkdaşı həlak olub.

Reuters xəbər verir ki, hadisə cümə günü axşam saatlarında klinikanın qarşısında baş verib.

Təşkilat bildirib ki, əməkdaşlar tibb müəssisəsinin mühafizəsini həyata keçirirdilər. Həmçinin vurğulanıb ki, klinikanın yeri və binanın üzərindəki təşkilat loqoları İsrail hərbi qüvvələrinə əvvəlcədən məlum olub.

“Sərhədsiz Həkimlər” hadisə ilə bağlı məsuliyyətin müəyyənləşdirilməsini tələb edib.

İsrail tərəfi isə həlak olan şəxsləri humanitar işçi kimi fəaliyyət göstərən terrorçular adlandırıb.

Hadisə Qəzzada humanitar yardım və tibb müəssisələrinin təhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın