Əfqanıstanın Kunar vilayətində məktəb yaxınlığında baş verən partlayış nəticəsində azı 7 şagird həlak olub, 99 nəfərə qədər insan yaralanıb.
Reuters xəbər verir ki, hadisə noyabrın 28-də vilayətin Əsədabad şəhərində qeydə alınıb.
Taliban administrasiyasının Daxili İşlər Nazirliyinin nümayəndəsi partlayış nəticəsində ölən və yaralananların olduğunu təsdiqləyib.
İlkin məlumatlara görə, hadisəyə mədən sənayesində istifadə olunan partlayıcı maddələr səbəb ola bilər. Partlayışın dəqiq səbəbi ilə bağlı araşdırmalar davam edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


