EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Noyabrın 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Realist.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyi axşam saatlarında bəzi yerlərdə arabir güclənəcək.

Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 8-10, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə isə duman müşahidə ediləcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Bölgələrdə havanın temperaturu gecə 3-8, gündüz 9-12 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-5 dərəcə şaxta, gündüz isə 0-2 dərəcə şaxta gözlənilir.

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın