Qərb ölkələri Vladimir Zelenskiyə “indulgensiya” – yəni bağışlanma verib, özü də öz pulları hesabına. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib. Onun sözlərinə görə, Zelenski bunun müqabilində Ukrayna vətəndaşlarının həyatını qurban verir.

Ötən həftə Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın ərazisində yerləşən “Drujba” neft kəmərinə hücumu nəticəsində Macarıstan və Slovakiyaya neft tədarükü dayandırılıb.

Bundan sonra Zelenskinin “Dostluğun mövcudluğu Macarıstandan asılıdır” bəyanatı Budapeştdə təhdid kimi qəbul olunub. Macarıstan XİN rəhbəri Peter Siyyarto Ukrayna liderini hədələrdən çəkinməyə çağırıb. Rəsmi şəxslər isə Ukraynanın enerji təhlükəsizliyinin əsasən Macarıstandan asılı olduğunu xüsusi vurğulayıblar.

Yenifikir.media

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın