Özbəkistanın qədim Xivə şəhərində “Xivə – Türk dünyasının Gənclər Paytaxtı – 2026” layihəsinin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, biznes strukturlarının və Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin gənclər birliklərinin nümayəndələri iştirak ediblər. Layihə çərçivəsində Gənc Liderlər Forumu və Gənc Sahibkarlar Forumunun keçirilməsi planlaşdırılır. İştirakçılar gənclər siyasəti məsələlərini müzakirə edəcək, startaplar və biznes ideyalarını beynəlxalq ekspertlərə və investorlara təqdim edəcək, həmçinin ekoloji təhsil və dayanıqlı inkişaf sahəsində təcrübə mübadiləsi aparacaqlar.

Layihə türk xalqlarının gəncləri arasında əlaqələrin möhkəmləndirilməsinə, sahibkarlıq və innovasiyaların inkişafına, eləcə də regional əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

Xatırladaq ki, 2025-ci ildə Türk dünyasının Gənclər Paytaxtı statusunu Almatı şəhəri daşıyımışdır. İl ərzində orada gənclər mübadiləsi proqramı, gənc liderlər və sahibkarların görüşləri, “Turki Fest Almaty-2025” mədəniyyət festivalı və “Jaidarman TURKI CUP-2025” festivalı daxil olmaqla bir sıra beynəlxalq tədbirlər təşkil olunub.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın