Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin enerji atəşkəsinə hazır olmasına baxmayaraq, Rusiyanın ölkənin enerji infrastruktura zərbələr endirməyə davam etdiyini bəyan edib.
Dövlət başçısının sözlərinə görə, hücumlar bu gün də davam edib. Rusiya qoşunları “Shahed” dronlarından və idarəolunan aviasiya bombalarından istifadə ediblər.
Zelenski Ukraynanın deeskalasiyaya və müharibənin başa çatdırılması üçün real addımlar atmağa hazır olduğunu bildirib. Lakin o qeyd edib ki, Rusiya hələlik ABŞ prezidenti tərəfindən səsləndirilən şərtləri yerinə yetirməyib. Ukrayna lideri Vaşinqtonu Moskvaya təzyiqləri artırmağa çağırıb və Ukrayna tərəfinin Amerika administrasiyası ilə danışıqları davam etdirdiyini vurğulayıb.
© Realist Media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
