Fransanın keçmiş prezidenti Nikola Sarkozi sabah Parisdəki La Santé həbsxanasına təhvil veriləcək. Yenifikir.media xəbər verir ki, o, “Liviya işi” üzrə korrupsiya və qanunsuz kampaniya maliyyələşməsi ittihamı ilə 5 il həbs cəzası alıb.

Məhkəmə Sarkozini “cinayətkar qrup yaratmaqda” günahkar bilib. Qalan ittihamlardan bəraət alsa da, Liviya lideri Müəmmar Qəddafidən gizli maliyyə dəstəyi aldığı iddiaları tam sübuta yetməyib.

Fransa mətbuatına görə, prezident Emmanuel Makron onunla dörd gün əvvəl Yelisey Sarayında gizli görüş keçirib.

Sarkozi təhlükəsizlik səbəbilə 11 kvadratmetrlik tək nəfərlik kamerada qalacaq və “xüsusi şərait istəmirəm” deyib.

Qeyd edək ki, Sarkozi Fransada həbs cəzası alan ilk prezident kimi tarixə düşüb.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın