EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycan Prezidentinin İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakının ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisi olduğunu bildirib.

Deputat Realist.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi, ölkəmizlə əməkdaşlıq və müttəfiqlik etmək istəyən dövlətlərin sayının artması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Onun sözlərinə görə, Avropa Siyasi Birliyi formatı qitə ölkələrinin və dövlət başçılarının mütəmadi görüşərək Avropa və dünya gündəmindəki aktual məsələləri müzakirə etməsi baxımından mühüm platformadır. Azərbaycanın bu tədbirlərdə iştirakı ölkəmizin mövqeyinin beynəlxalq səviyyədə ifadə olunmasına, qlobal problemlərin həlli ilə bağlı yanaşmalarının diqqətə çatdırılmasına şərait yaradır.

A.Mirzəzadə vurğulayıb ki, beynəlxalq ictimaiyyət Azərbaycanın dövlətçilik təcrübəsinə, müxtəlif məsələlərin həlli istiqamətində nümayiş etdirdiyi siyasi iradəyə də maraq göstərir. Dublində Azərbaycan Prezidenti ilə görüşmək istəyən dövlət və hökumət başçılarının sayının əvvəlki dövrlərlə müqayisədə artması da ölkəmizə olan diqqətin göstəricisidir.

Deputatın fikrincə, Azərbaycanla danışıqlar aparmaq, birgə fəaliyyət imkanlarını müzakirə etmək istəyən ölkələrin çoxalması qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

O əlavə edib ki, bu cür görüşlər beynəlxalq münasibətlərdə gərginliyin azaldılmasına, dövlətlər arasında ortaq məxrəcə gəlməyə və mövcud problemlərin dialoq yolu ilə həllinə mühüm töhfə verir.

A.Mirzəzadə bildirib ki, Azərbaycan hər zaman əməkdaşlığa, sülhə və sabitliyə tərəfdar olduğunu nümayiş etdirib. Prezident İlham Əliyevin Dublində keçirdiyi görüşlər və təmaslar da ölkəmizin bu prinsipial mövqeyini bir daha təsdiqləyib.

Şəlalə Camal
Realist.az

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın