Azərbaycan neftinin qiyməti kəskin düşdü: “Azeri Light” 116,5 dollara gerilədi

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 9,66 ABŞ dolları və ya 7,65 % azalaraq 116,5 ABŞ dolları təşkil edib.

Realist.az-a neft bazarındakı mənbədən verilən məlumata görə, hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 108,49 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti isə 8,43 ABŞ dolları və ya 7,24 % azalaraq 108,05 ABŞ dollarına düşüb.

Qeyd edək ki, Azərbaycanın bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3 %-dir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın