Azərbaycanda nağdsız ödənişlər 9 milyard manata çatdı: AMB-dən rekord ko göstəricilər

Azərbaycanın nağdsız ödəniş bazarında artım dinamikası davam edir. Sentyabr ayında ölkə üzrə nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib.

“Realist.az” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, nağdsız ödənişlərin əsas payı elektron ticarətin üzərinə düşüb.

Ödənişlərin strukturu: Elektron ticarət liderdir

Mərkəzi Bankın hesabatına əsasən, nağdsız əməliyyatların bölgüsü aşağıdakı kimidir:

  • Elektron ticarət: 7 milyard 755 milyon manat (ümumi dövriyyənin 86,4 %-i);

  • POS-terminallar: 1 milyard 220 milyon manat;

  • Özünəxidmət terminalları: 2 milyon manat.

İlin əvvəlindən etibarən ölkədaxili kart əməliyyatlarının ümumi həcmində nağdsız ödənişlərin xüsusi çəkisi 69,7 %-ə yüksəlib.

Ödəniş kartlarının sayı 23,3 milyonu ötüb

Avqust ayının 1-ə olan məlumata görə, Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb. Bu göstərici aylıq müqayisədə 1,8 %, ilin əvvəlinə nisbətən 6,4 %, ötən ilin eyni dövrü ilə müqayisədə isə 9,45 % artım deməkdir.

Kart tipləri üzrə son 1 illik göstəricilər:

  • Debet kartları: 10,9 % artaraq 21,353 milyon ədəd (sentyabr dövriyyəsi: 12,613 milyard AZN);

  • Kredit kartları: 3,8 % azalaraq 2,035 milyon ədəd (sentyabr dövriyyəsi: 696 milyon AZN).

Bankomat və POS-terminal şəbəkəsi

Hesabat dövründə ölkədə bank infrastrukturu da yenilənib. Bankomatların sayı 2,7 % artaraq 3 590 ədədə (Bakıda 1 931 ədəd) çatıb. POS-terminalların sayısı isə 16,5 % azalaraq 135 204 ədəd (Bakıda 86 242 ədəd) təşkil edib.

Qeyd edək ki, qlobal miqyasda ən populyar 5 beynəlxalq kart ödəniş sistemi (“Visa International”, “MasterCard International”, “American Express”, “Diners Club International” və “JCB Card”) Azərbaycan bank sektoru ilə fəal əməkdaşlığı sürdürür.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın