Azərbaycan Dövlət Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda böyük uğur qazandı

Azərbaycan Dövlət Pantomima Teatrının səhnələşdirdiyi “İblis” tamaşası beynəlxalq teatr festivalında növbəti müfakata layiq görülüb.

“Realist.az”a teatrdan verilən məlumata görə, kollektiv Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 18-dən 23-dək Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında ölkəmizi uğurla təmsil edib.

“Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə qalib

Teatrın yaradıcı şöbə müdiri, Azərbaycanın Əməkdar artisti Bəhruz Vaqifoğlunun dahi Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı “İblis” tamaşası festivalın mütəxəssis münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək “Ən yaxşı səhnə plastikası” nominasiyası üzrə mükafata layiq görüıüb.

Sultan Raevdən teatr rəhbərliyinə xüsusi təltiflər

TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən teatrın direktoru Yarməmməd Qurbanov, yaradıcı işlər üzrə direktor müavini Ceyhun Dadaşov və tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədli) festivalda fəal iştiraklarına və Türk dünyası teatr sənətinə töhfələrinə görə xüsusi təşəkkür lövhələri ilə təltif olunublar.

Azərbaycan Dövlət Pantomima Teatrı isə bütövlükdə beynəlxalq festivala verdiyi yaradıcılıq töhfələrinə görə TÜRKSOY təşkilatının xatirə mükafatı ilə təltif edilib.

Tamaşanın yaradıcı heyəti

Görkəmli səhnə əsərinin ərsəyə gəlməsində peşəkar yaradıcı heyət çalışıb:

  • Quruluşçu rejissor: Əməkdar artist Bəhruz Vaqifoğlu

  • Quruluşçu rəssam: Xəyyam Səmmədov

  • Xoreoqraf: Əməkdar artist Səbinə Hacıyeva

  • İşıq üzrə rəssam: Ramiz İsmayılov

  • Musiqi operatoru: Natella Bədəlova

Səhnə əsərində rolları Əməkdar artist Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahaliyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyin İsmayılov yüksək ustalıqla ifa ediblər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın