Azərbaycan və İtaliya arasında Hökumətlərarası Komissiyanın 6-cı iclasının protokulu imzalanıb.”Report” xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə bu ölkənin xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli imzalayıblar.

Bundan başqa, Hökumətlərarası Komissiyanın 6-cı iclasında 2026-2027-ci illərdə 18 istiqamət üzrə 65 tədbirin icrasını nəzərdə tutan Fəaliyyət Planı qəbul edilib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçirilib.

Reaksiyalar:

© Realist Media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın