Bu il Azərbaycanda ilk dəfə İstedadlar Sərgisi təşkil olunacaq.
Realist.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasov “Milli Məşğulluq Forumu” çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
16–19 noyabrda Məşğulluq Həftəsi keçiriləcək
Agentlik sədrinin sözlərinə görə, ölkədə noyabrın 16-dan 19-dək Məşğulluq Həftəsi baş tutacaq və mühüm tədbirlər məhz bu həftə ərzində reallaşdırılacaq:
-
16–19 noyabr: Məşğulluq Həftəsi, Milli Məşğulluq Forumu və məşğulluq sərgisi;
-
18 noyabr: Gələcəyin Peşələri Sammiti;
-
19 noyabr: Dövlət-Biznes Əməkdaşlıq Forumu.
Süni intellekt və gələcəyin əmək bazarı müzakirə olunur
H.Abbasov qeyd edib ki, Milli Məşğulluq Forumunun əsas məqsədi rəqəmsallaşma, innovativ peşələr, dayanıqlı məşğulluq, süni intellektin əmək bazarına təsiri, eyni zamanda, peşə seçimi və karyerada düzgün yanaşma kimi aktual sahələri əhatə etməkdir:
“Biz yerli və xarici ekspertlərin, ali təhsil müəssisələrinin, işəgötürənlərin, digər biznes subyektlərinin və gənclərin iştirakı ilə çalışacağıq ki, gündəmdə olan, trendə çevrilən müasir çağırışlara cavab tapaq, həm gələcəyin əmək bazarına, həm də əmək bazarının gələcəyinə düzgün şəkildə işıq tutaq.”
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


